Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanvarın 26-da Bakı şəhər sakini Ceyhun Məmmədov Yasamal rayonu Ş.Mehdiyev küçəsində yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılıb. C.Məmmədov hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.