Bakıda evləri talayan şəxslər yaxalandı
26 sentyabr 2016 18:05 (UTC +04:00)

Bakıda evləri talayan şəxslər yaxalandı

0

Bakıda evlərdən oğurluq edən 2 nəfər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi, Nəsimi RPİ və Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 7-dən 10-dək olan müddətdə paytaxt ərazisində 5 nəfərə məxsus evlərdən pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən qrupun digər üzvləri - Mingəçevir şəhər sakini Novruz Bədəlov və Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Rəhimov tutulub.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 327

Oxşar yazılar