Bakı şəhəri, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 55 m2 olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd aspirator və mətbəx mebeli qismən yanıb.
Lent.az-ın məlumatına görə, yüksək temperaturdan mətbəxin və dəhlizin lambirindən ibarət tavanı 12 m2 sahədə ərimişdir. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.