Bakıda dəhşətli qəza: ölən var
15 fevral 2015 10:18 (UTC +04:00)

Bakıda dəhşətli qəza: ölən var

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı-Qazax avtomobil yolunun 73-cü kilometrliyində “Shacman” markalı 2 yük avtomobili toqquşub. Hadisə yerinə müvafiq xilasetmə qüvvələri cəlb olunub. Məlum olub ki, avtomobillərdən birinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb və aidiyyətı üzrə təhvil verib.

 

Əməliyyat saat 08:49-da başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 93
avatar

Oxşar yazılar