Bu gecə saat 03.00 radələrində “Azərkimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunun 30 saylı Neft-kimya məhsullarının qəbulu və buraxılması sahəsindəki birbaşaqovulmuş benzin çənində tüstüləmə baş verib. Lent.az-ın məlumatına görə, sexin müvafiq xidmətləri təlimata uyğun olaraq qabağlayıcı tədbirlər görüblər.
Yangından Mühafizə xidmətinin əraziyə çağırılmış güvvələri tərəfindən də müvafiq tədbirlər görülüb. Saat 04:30-da yanğın təhlükəsi olmadığına görə əməliyyatlar dayandırılıb. Xəsarət alan olmayıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.