Bakıda 3 naməlum meyit tapılıb - YENİLƏNİB
28 oktyabr 2014 12:25 (UTC +04:00)

Bakıda 3 naməlum meyit tapılıb - YENİLƏNİB

0

Bakıda daha iki nəfərin meyiti tapılıb. Lent.az—ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oktyabrın 26-da Sabunçu rayonunun Pirşağı qəsəbəsindən 35-40 yaşlı kişi koma halında (alkoqoldan zəhərlənmə) ilə xəstəxanalara gətirilib və oktyabrın 27-də ölüb. Bundan başqa oktyabrın 27-də Yasamal rayonunun Şərifzadə küçəsində üzərində zorakılıq əlamətləri görünməyən 50-55 yaşlı kişi meyiti tapılıb.


Araşdırma aparılır.

 

 

*****

 

11:15

 

Bakıda naməlum kişi meyiti tapılıb. Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, R.Quliyev küçəsində 40-45 yaşlı kişi koma vəziyyətində tapılıb. O, dərhal 3 saylı şəhər xəstəxanasına yerləşdirilib və həkimlərin səyinə baxmayaraq tibb müəssisəsində ölüb.

 

Bildirilir ki, ölən şəxsin üzərində hər hansı sənəd olmayıb. O, küçədə yaşayırmış və tüfeyli həyat tərzi keçirirmiş.

 

Faktla bağlı araşdırmalar aparılır.

 

Qeyd edək ki, son günlərdə havaların kəskin soyuması nəticəsində küçələrdə yaşayan bir neçə nəfər dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1895

Oxşar yazılar