Bakıda külli miqdarda pul oğurlamış şəxs tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 26-da Nəsimirayonu Ş.Əzizbəyov küçəsində “Viraj Avenue” ticarət mərkəzinin 5-ci mərtəbəsində Çin vətəndaşı Çi İ-yə məxsus “Tiens” dərman şirkətinin baş ofisində olan seyfin qapısını sındırmaq yolu ilə 39.000 manat pul oğurlanıb. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş oranın işçisi, Xırdalan şəhər sakini Ziya Manafov tutulub.