Bakıda bunu da etdilər: təkərlərin 4-nü də apardılar
11 noyabr 2013 11:37 (UTC +04:00)

Bakıda bunu da etdilər: təkərlərin 4-nü də apardılar

Bakıda Suraxanı rayonu ərazisində oğurluq hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bülbülə qəsəbə sakini, 1981-ci il təvəllüdlü Kərimov Elşən Paşa oğlu avtomobilinin təkərlərinin oğurlanması ilə bağlı müraciət edib. O bildirib ki, səhər saatlarında küçəyə çıxarkən “VAZ 2107” markalı avtomobilinin təkərlərinin yerində olmadığını görüb. Təkərləri oğurlayan şəxs və ya şəxslər avtomobili kranla qaldıraraq onun altına mişar daşları yığıb. Bu yolla 4 təkəri yerindən çıxarıblar.

 

Hazırda faktla əlaqədar araşdırmalar aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 892
avatar

Nizam Rza

Oxşar yazılar