Bakıda bomba həyəcanı
19 oktyabr 2014 04:49 (UTC +04:00)

Bakıda bomba həyəcanı

0

Fövqəladə Hallar Nazirliyinə Bakının Binəqədi rayonunda 2 ədəd partlayıcı qurğunun aşkarlandığı barədə məlumat daxil olub.  Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq qurumları lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Mütəxəssislər aşkarlanmış qurğulara baxış keçiriblər. Müəyyən olunmuşdur ki, bu qazma işlərində istifadə olunan istifadəyə yararsız 2 ədəd atım fraqmentidir. Qurğular aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçiriblər və digər növ şübhəli əşya aşkar etməyiblər. Əməliyyat saat 01:25-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1799

Oxşar yazılar