Bakıda betonqarışdıran avtomobil aşıb
17 noyabr 2014 16:35 (UTC +04:00)

Bakıda betonqarışdıran avtomobil aşıb

Bu gün saat 16 radələrində Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, Kənar Dairəvi yolda, Sədərək ticarət mərkəzinin yaxınlığında betonqarışdıran yük maşını aşıb. Qəza nəticəsində avtomobil tamamilə yararsız vəziyyətə düşüb və sürücü ağır vəziyyətdə xəstəxanaya aparılıb.

 

Hadisə yerində təhlükəsizlik tədbirləri görülüb. Qəzanın səbəbi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 826
avatar

Oxşar yazılar