Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqu keçiriləcək
14 noyabr 2013 11:38 (UTC +04:00)

Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqu keçiriləcək

Dekabrın 18-20-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqu keçiriləcək.


 

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

 

İclasda Azərbaycan və Türkiyə arasında müdafiə sahəsində həyata keçirilən işlər müzakirə olunacaq. Həmçinin müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivləri, növbəti ildə qarşıda duran vəzifələrə dair fikir mübadilələri aparılacaq.

 

İclasda Türkiyə nümayəndə heyətinə Baş Qərargahın ikinci rəisi, ordu generalı Yaşar Gülər, Azərbaycan tərəfdən isə müdafiə nazirinin müavini (əvvəlki illərdə general-leytenant Çingiz Məmmədov olub) rəhbərlik edəcək.

 

Qeyd edək ki, Yüksək Səviyyəli Hərbi Dialoq 2007-ci ildən etibarən ildə bir dəfə olmaqla keçirilir. Nümayəndə heyətlərinə Azərbaycan tərəfdən müdafiə nazirinin müavini, Türkiyə tərəfdən isə Silahlı Qüvvələrin Baş Qərargahının II rəisi sədrlik edir.

 

Yüksək Səviyyəli Hərbi Dialoq çərçivəsində Siyasi-Hərbi Yardımçı İşçi Qrupu, Müdafiə Sənayesində Əməkdaşlıq üzrə Yardımçı İşçi Qrupu və Maddi-Texniki Təminat üzrə Yardımçı İşçi Qrupu fəaliyyət göstərir.

# 576
avatar

Oxşar yazılar