Bakıda avtomobil tikinti aparılan dərəyə düşdü: ölənlər var
11 mart 2013 10:24 (UTC +04:00)

Bakıda avtomobil tikinti aparılan dərəyə düşdü: ölənlər var

Martın 11-nə keçən gecə Bakı şəhərinin Nizami rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Nizami rayonunda “Toyota” markalı minik avtomobili yolun təmir-tikinti işləri aparılan hissəsində qazılmış xəndəyə düşməsi və yanması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Yanğın saat 00:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Daha sonra xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünün və sərnişinin cəsədlərini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib.

 

Əməliyyat saat 03:02-də başa çatıb.

# 1553
avatar

Oxşar yazılar