Bakıda avtobusla minik maşını toqquşdu
01 noyabr 2014 07:18 (UTC +04:00)

Bakıda avtobusla minik maşını toqquşdu

APA-nın məlumatına görə, 27 yaşlı Nurəli Məmmədovun idarə etdiyi “Daewoo” markalı avtobus Məhəmməd Xiyabani küçəsi ilə Bakı Dairəvi Yolu istiqamətində hərəkətdə olan zaman əks tərəfdən gələn, 21 yaşlı Vəli Şıxəlizadənin idarə etdiyi "Hyundai" markalı minik maşını ilə toqquşub.

 

Qeyd edək ki, 18 saylı marşrut xətti üzrə hərəkət edən avtobus bazaya yollanırmış. Faktla bağlı araşdırmalar aparılır. Hadisənin hansı səbəbdən baş verməsi təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 853

Oxşar yazılar