Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Lent.az-ın “report”-a istinadən xəbərinə görə, 1999-cu il təvəllüdlü Camalov Məmməd Ehtiram oğlu 62 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna minərkən tanımadığı şəxs ona iki bıçaq zərbəsi vurub. Yaralı avtobusdakı sərnişinlərin köməkliyi ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı hadisənin baş verdiyi ünvana Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsinin əməkdaşları cəlb olunub. Hadisəni törədən şəxsin axtarışına başlanılıb.