Bakıda at oynadan "avtoş"a SƏRT CƏZA
12 noyabr 2014 12:36 (UTC +04:00)

Bakıda at oynadan "avtoş"a SƏRT CƏZA

0

Daxili İşlər Nazirliyi (DİN) bir neçə gün öncə elektron mediada və sosial şəbəkələrdə Yasamal rayonunda “Ağ çiçəyim” şadlıq sarayının ətrafında naməlum sürücünün avtoxuliqanlıq hərəkətləri etməsini əks etdirən videogörüntü ilə bağlı məlumat yayıb.

 

DİN-in mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, videogörüntülərdə nümayiş etdirilən avtoxuliqanlıq hərəkətlərini Bakı şəhər sakini, 21 yaşlı Əziz Əzimov özünə məxsus "VAZ-2107" markalı avtomobillə edib. Ə.Əzimov saxlanılaraq barəsində toplanmış materiallarla birlikdə məhkəməyə təqdim edilib. Yasamal rayon Məhkəməsinin qərarı ilə o, 15 sutka inzibati həbs və 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.       

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2225

Oxşar yazılar