Bakıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış şəxs ölüb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 1-də saat 01 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsində Bakı şəhər sakini Sübhan Qədirov idarə etdiyi “VAZ-21154” markalı avtomobili aşırıb. Xəstəxanaya yerləşdirilmiş S.Qədirov oktyabrın 3-də orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.