Bakıda  iki "Mercedes" toqquşub
15 noyabr 2013 04:17 (UTC +04:00)

Bakıda iki "Mercedes" toqquşub

Bakının Nəsimi rayonunda yol qəzası baş verib. APA-nın məlumatına görə, 4-cü mikrorayon dairəsində "Mercedes" markalı iki avtomobil toqquşub. İlkin ehtimala görə, 1967-ci il təvəllüdlü Əliyev Füzuli Əjdər oğlunun idarə etdiyi avtomobil Cavadxan küçəsi ilə hərəkətdə olarkən 1988-ci il təvəllüdlü Məmmədov Kamil Kəmaləddin oğlunun idarə etdiyi avtomobili gözləməyib və nəticədə yol qəzası baş verib. Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

 

Faktı Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları araşdırırlar.

 

# 677
avatar

Oxşar yazılar