Bakıda “Opel” və “Hyundai” toqquşdu
21 iyul 2018 01:53 (UTC +04:00)

Bakıda “Opel” və “Hyundai” toqquşdu

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda “Opel” və “Hyundai” markalı iki minik avtomobili toqquşub. Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Opel” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 360
avatar

Oxşar yazılar