Bakıda “Hyundai” aşdı
03 aprel 2018 04:19 (UTC +04:00)

Bakıda “Hyundai” aşdı

Bakının Nərimanov rayonu ərazisində avtomobil aşıb. APA-nın məlumatına görə, yol qəzası Ziya Bünyadov prospektində baş verib.

 

Etibar Rzayevin adına qeydiyyatda olan "Hyundai Sonata" markalı minik avtomobili prospektlə metronun "20 Yanvar" stansiyası istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb və bordürlərə dəyərək aşıb. Bundan sonra sürücü ərazidən uzaqlaşıb. Onun xəsarət aldığı və xəstəxanalardan birinə aparıldığı ehtimal edilir.

 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. İlkin ehtimal kimi avtoqəzaya yüksək sürətin səbəb olduğu deyilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 126
avatar

Oxşar yazılar