Bakının Yasamal rayonunda 61 yaşlı Manafova Xoşavaz İsa qızını qətlə yetirməkdə təqsirləndirilən şəxsin kimliyi müəyyənləşib. Bu, 1987-ci il təvəlllüdlü Məmmədov Orxan Hüseyn oğludur. O, artıq saxlanılıb. Gəmi kapıtanın köməkçısi işləyən Məmmədovun qadını içkili vəziyyətdə qətlə yetirdiyi müəyyən olunub. İstintaqa məlum olub ki, Əsəd Əhmədov küçəsində 17 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindəki mənzildə yaşayan mərhum Xoşavaz Manafova tanışı Orxan Məmmədovu evlərinə dəvət edib. Daha sonra aralarında mübahisə yaranıb. Bu vaxt müsafir masanın üstündə olan güldanı qadının başına vurub. Bıcaqla ona bir necə zərbə vurduqdan sonra Xoşavaz Manafovaya məxsus mobil telefonuda götürərək mənzili tərk edib.
APA TV-nin xəbərinə görə, faktla bağlı Yasamal rayon prokurorluğunda 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Araşdırma gedir.