Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiklərinə görə 4 nəfər tutulub. Lent.az-ın məlumatına görə, Bakı şəhər sakinləri Elşad İsgəndərov, Leyla Əlləzova, Yevlax rayon sakini Rəvanə Xasiyeva, Kürdəmir rayon sakini Aytəkin Muxtarova Bakıda müxtəlif mənzillərdə əxlaqsızlıq yuvası təşkil etdiyinə və qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılıb.
Araşdırmalar davam etdirilir.