Bakıda 3 nəfər bədbəxt hadisənin qurbanı olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanvarın 19-da Binəqədi rayon sakini Cəfər İsmayılov, yanvarın 20-də Gəncə şəhər sakini Rasim Hüseynzadə mənzillərində dəm qazından zəhərlənərək ölüb. Bundan başqa yanvarın 19-da Bakı şəhər sakini Ayaz Nəcəfov kimyəvi məhluldan (rastvoritel) zəhərlənmə ilə xəstəxanaya gətirilib və yanvarın 20-də orada ölüb.
Hər bir fakt üzrə araşdırma aparılır.