Bakıda 3 aylıq körpə öldü
06 yanvar 2014 10:23 (UTC +04:00)

Bakıda 3 aylıq körpə öldü

 

Bu gün səhər saatlarında Bakının Sabunçu rayonu ərazisində 3 aylıq körpə naməlum səbəbdən dünyasını dəyişib. 

Lent.az-ın anspress-ə istinadən xəbərinə görə, bu barədə Sabunçu rayon Polis İdarəsindən bildirilib.

 

Hadisə Maştağa qəsəbəsi Seyid İbadağa küçəsi, 5 ünvanında baş verib.

Belə ki, həmin ünvanda yaşayan ailənin 3 aylıq körpəsi Hüseyn Məmmədlinin naməlum səbəblərdən temperaturu yüksəlib. Təcili yardım çağırılsa da, körpə həkimlər gələnə qədər keçinib. 

Hazırda ölümün səbəbləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1874
avatar

Oxşar yazılar