Özünü 7-ci mərtəbədən atan 11-ci sinif şagirdi imiş – YENİLƏNİB-2
15 yanvar 2014 23:01 (UTC +04:00)

Özünü 7-ci mərtəbədən atan 11-ci sinif şagirdi imiş – YENİLƏNİB-2

Bu gün Bakının Xətai rayonunda intihara cəhd edən 1997-ci il təvəllüdlü Əhmədov İsmayıl Raqif oğlu hadisədən sonra çatdırıldığı xəstəxananı tərk edib.

 

Bu barədə məlumatı APA-ya 3 saylı şəhər xəstəxanasının həkimi İlham Qəmbərov verib. Onun sözlərinə görə, həkimlərin israrlarına baxmayaraq, 11-ci sinif şagirdi olan İsmayıl Əhmədovun valideynləri övladlarının xəstəxanada qalmasını istəməyiblər. Həkim bildirib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Ximətinin xilasedicilərinin xilas etdiyi 17 yaşlı yeniyetmə xəstxanaya orta ağır vəziyyətdə daxil olub. Ona qarının küt zədəsi və çoxsaylı qəlpəli sınıqlar diaqnozu qoyulub.

 

APA intihara cəhdlə bağlı bəzi təfərrüatları da dəqiqləşdirə bilib. Məlum olub ki, İsmayıl Əhmədov Bakının Sulutəpə qəsəbəsində yaşayır. Onun Babək prospektində intihara cəhd etməsi sırf təsadüf olub. Yeniyetmə xilas edildikdən sonra bildirib ki, Babək prospekti-94 ünvanında özünü atmaq üçün yer axtararkən 5-ci mərtəbədə hələ təmiri bitməmiş mənzil tapıb. O, həmin mənzilin eyvanından özünü atsa da, 2-ci mərtəbəyə düşüb. Yaxınlıqdakı vətəndaşlar yaralanan İsmayıl Əhmədovu düşdüyü yerdən çıxara bilməyiblər və FHN-nin "Qaynar xətt" xidmətinə müraciət ediblər.

 

İsmayıl  Əhmədov Nərimanov rayonunda yerləşən 34 saylı məktəbin 11-ci sinif şagirdi olsa da, bu tədris ilində dərslərə ümumiyyətlə getmədiyini bildirib. O, intihara cəhdinin səbəbini də izah edə bilməyib və yalnız "Probelmlərim var, yaşamaq istəmirəm" deyib.

 

***

18.51

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün axşam saatlarında, Babək prospekti-94 ünvanında yaşadığı binanın 7-ci mərtəbəsindən özünü ataraq intihara cəhd edən yeniyetmə 1997-ci il təvəllüdlü İsmayıl Raqif oğlu Əhmədovdur. R. İsmayılov ağır xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.Bakıda intihara cəhd edən oğlanın kimliyi məlum olub.

 


Polisdən, həmçinin bildirilib ki, R. İslamov Nərimanov rayonunda yerləşən 34 saylı məktəbin 11-ci sinif şagirdidir.

 

***

18.16

Bakıda 17 yaşlı oğlan özünü 7-ci mərtəbədən atıb

Bakıda intihara cəhd olunub. Hadisə saat 17.00 radələrində Babək prospekti - 94 ünvanında qeydə alınıb.


 

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hələlik şəxsiyyəti məlum olmayan 17 yaşlı oğlan hündür mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü atıb.

 

Ağır xəsarətlər alan gənc 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3314
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10