İtkin düşən uşaq bütün günü internet klubda olub.
Bu barədə Lent.az-a 11 yaşlı Ağamir Nəcəfinin anası Elnarə Məmmədova məlumat verib. Hazırda uşaq atası ilə birgə polis bölməsindədir.
***
12:25
Dünən günortadan yoxa çıxan 11 yaşlı Nəcəfi Ağamir tapılıb.
Lent.az-ın məlumatına görə, uşaq atası ilə polisdədir. Bu barədə uşağın anası xəbər verib. O, bildirib ki, Ağamir dostugildə qalıb.
***
11:58
İtkin düşən 11 yaşlı Nəcəfi Ağamirin anası Elnarə Məmmədova Lent.az-a danışıb.
O bildirib ki, oğlu V sinifdə oxuyurdu və sinifdə əlaçı şagirdlərdən biri olub: “Dəcəlliyi filan yox idi. Axırıncı dəfə evdə onu danladıq, bəlkə də küsüb gedib. Gedə biləcəyi hər yeri axtarmışıq, amma heç yerdə tapa bilmirik. Hüquq-mühafizə orqanlarına da müraciət etmişik. Dünən günorta 14:00 radələrindən evdən çıxıb, bir də gəlməyib”.
Oğurlanma ehtimalına toxunan ana deyib ki, heç kimlə problemləri olmayıb.
***
11:41
Bakıda 11 yaşlı uşaq itkin düşüb.
Lent.az bildirir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Məlumatda qeyd edilir ki, paytaxtın Nərimanov rayonu Yanvar Nəsirov küçəsi, ev 4 ünvanında yaşayan 11 yaşlı Nəcəfi Ağamir dünən axşam evdən çıxıb və bir daha geri qayıtmayıb
Əynində göy cins şalvar, göy kurtka və krossovka var.
Uşağı görənlərdən (050) 222 19 24 nömrəli telefona zəng vurmaları xahiş olunur.