Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Əli Mehdiyevdən 2 kiloqram 402 qram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.