Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini Ə.Həmidov Balaxanı qəsəbəsi ərazisində yerləşən məişət tullantıları ərazisindən tapdığı nömrəsi silinmiş “Makarov” markalı tapançanı, 1 ədəd patron darağını və 7 ədəd patronu könüllü olaraq Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə təhvil verib.
Araşdırma aparılır.