Bakı polisi qəzet satışına qoyulan qadağa ilə bağlı məlumat yaydı
15 yanvar 2014 13:33 (UTC +04:00)

Bakı polisi qəzet satışına qoyulan qadağa ilə bağlı məlumat yaydı

Bakı şəhər Baş Polis İdarəsi polis tərəfindən qəzet satışına qadağalar qoyulması barədə məlumatlarla bağlı məlumat yayıb. Lent.az-a daxil olan məlumatda bildirilir ki, paytaxt polisi şəhər İcra Hakimiyyəti ilə birlikdə qanunsuz küçə ticarətinə qarşı müvafiq tədbirlər həyata keçirir və bu sırada primitiv qaydada kustar üsulla hazırlanmış rəflərin üzərində olan qəzet-jurnal satışının da qarşısının alınması həmin tədbirlərin tərkib hissəsidir: “Vətəndaşların küçə ticarətinin qarşısının alınması ilə bağlı çoxsaylı müraciətləri gündən-günə gözəlləşən şəhərimizin simasına xələl gətirən hər cür əldəqayırma satış nöqtələrinin yığışdırılmasını zəruri edir. Odur ki, Bakı Şəhər İcra Hakimiyyəti və Baş Polis İdarəsi əhalinin haqlı narazılığına səbəb olan belə  neqativ hallara qarşı tədbirləri mütəmadi olaraq davam etdirəcək. O ki, qaldı qanunsuz küçə ticarəti ilə məşğul olanların xüsusi icazə əsasında fəaliyyət göstərmələrinə, müxtəlif yollarla əldə edilən həmin sənədlər artıq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ləğv edilib”.

        

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 877
avatar

Oxşar yazılar