Bakı Metropolitenində təhlükəli anlar yaşanıb.
Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, noyabrın 4-də 18:45-də 1977-ci il təvəllüdlü, Bakı şəhər sakini Nuriyev Sabir Siyavuş oğlu həyatını təhlükəyə ataraq 14 saylı marşrut üzrə hərəkət edən qatarın 1-ci və 2-ci vaqonların arasında getməyə cəhd göstərib:
"Metropoliten əməkdaşları "Gənclik" stansiyasında hadisənin qarşısını almaqla yanaşı yaşana biləcək bədbəxt hadisəyə də mane olublar. Adıçəkilən şəxs polis əməkdaşlarına təhvil verilib. Bakı metropolitenində poliş şöbəsinin əməkdaşları tərəfindən faktla bağlı araşdırma aparılır. "Bakı metropoliteni" QSC sərnişinlərdən bir daha xahiş edir ki, bu cür təhlükəli hallara yol verməsinlər və metropolitendən istifadə qaydalarına riayət etsinlər".