Bakı Metropoliteninin əməkdaşı həbs edildi
24 iyul 2014 11:39 (UTC +04:00)

Bakı Metropoliteninin əməkdaşı həbs edildi

0

Bakıda axtarışda olan şəxs tutulub.

 

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə axtarışda olan 1974-cü il təvəllüdlü Seymur Məhərrəmov tutulub.

 

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsindən APA-ya bildirilib ki, Nəsimi rayonu, 5-ci mikrorayon, Cavadxan küçəsi-19, mənzil 31-də pasport qeydiyyatında olan, Abşeron rayonunda yaşayan “Bakı Metropoliteni” QSC-də  stansiya növbətçisi işləyən, 1974-ci il təvəllüdlü Seymur Eldar oğlu Məhərrəmov tutularaq Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2189

Oxşar yazılar