Bakı-Qazax yolunda “İVECO” yandı
18 noyabr 2016 22:46 (UTC +04:00)

Bakı-Qazax yolunda “İVECO” yandı

Şəmkirdə yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, yanğın hadisəsi magistral yolun Şəmkir rayonu Dəllər Cəyir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

1959-cu il təvəllüdlü Namaz Namazov idarə etdiyi  “İVECO” markalı iri tonnajlı yük avtomobillə Qazax istiqamətində hərəkətdə olarkən maşının salonunda yanğın baş verib.

 

Alov salonu və ön təkərlərdən birini sıradan çıxarıb. Əraziyə cəlb olunan Şəmkir Yanğından Mühafizə hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi köməyi ilə avtomobilin qalan hissələrini yanğından mühafizə olunub.

 

Yanğının səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 198
avatar

Oxşar yazılar