Bakıda oğurluq nömrə ilə hərəkət edən “Hyundai” aşkarlandı
25 noyabr 2016 12:45 (UTC +04:00)

Bakıda oğurluq nömrə ilə hərəkət edən “Hyundai” aşkarlandı

Bakıda oğurlanmış dövlət qeydiyyat nişanları ilə avtomobili idarə etmiş şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, 2013-cü il yanvarın 27-də Bakı şəhər sakini Müzəffər İsayevə məxsus “VAZ- 2107” markalı avtomobilin oğurlanmış dövlət qeydiyyat nişanları üzərində olan “Hyundai” markalı avtomobili noyabrın 23-də saat 01 radələrində paytaxtın Babək prospektində hərəkətdə olması DİN-nin Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən aşkar edilib. Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən görülmüş tədbirlərlə saxlanılıb.

 

Həmin avtomobilin paytaxt sakini Elnur Rəhimova məxsus olması müəyyən edilib və sürücüsü ilə birgə Nizami RPİ 25-ci PB-yə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 223
avatar

Oxşar yazılar