Azərbaycanda yeni hərbi birləşmə yaradıla bilər
22 yanvar 2014 17:22 (UTC +04:00)

Azərbaycanda yeni hərbi birləşmə yaradıla bilər

Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.


 

Komitədən APA-ya verilən məlumata görə, parlament sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov yaz sessiyasının başlaması münasibətilə gündəlikdə duran məsələləri deputatların diqqətinə çatdırıb.

 

Z.Əsgərov ilk olaraq komitənin 2014-cü il yaz sessiyasının qanunvericilik işləri planı barədə məlumat verərək bildirib ki, sessiya ərzində komitədə “Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanun layihələrinə baxılacaq.

 

Qeyd edək ki, hər iki qanun layihəsinin müzakirəyə çıxarılması iki ilə yaxındır ləngiyirdi. “Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında” qanunda Azərbaycanda yeni hərbi birləşmələrin yaranması, “Hərbi qulluqçuların statusu haqqında” qanunda isə hərbçilər üçün yeni xüsusi sosial güzəştlər, ev verilməsi və s. məsələlər öz əksini tapıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2193
avatar

Oxşar yazılar