Azərbaycanda sünnət edilən uşaq ölüm ayağındadır
15 noyabr 2013 10:05 (UTC +04:00)

Azərbaycanda sünnət edilən uşaq ölüm ayağındadır

Ağdamın Quzanlı qəsəbəsində həkim-cərrahın azyaşlı uşağı sünnət etməsindən bir neçə gün sonra 4 yaşlı Fərid Soltanov koma halında Bakıya gətirilib. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, balaca Fəridin komaya düşməsinin səbəbi ilə bağlı müxtəlif versiyalar var. Uşağın atası Ramil Soltanov Kamil adında bir həkimin uşağı heç bir analiz götürmədən sünnət etdiyini deyir. Fəridin babası Atakişi Cəfərovun sözlərinə görə isə nəvəsini sünnət edən həkim onlara toz şəklində olan bir dərman verərək heç nədən narahat olmamağı deyib. Lakin bir müddət sonra Fəridin vəziyyəti pisləşməyə doğru gedib.


Fəridin atası, Ramil Soltanov: “Uşağı 3 gün sonra Bərdəyə apardıq və orada ona 500 manata yaxın reseptlik vurulan dərmandan sonra uşaq komaya düşdü”. 

Həkimlər isə 4 yaşlı Fəridin taleyindən heç də nikbin danışmadılar. Tetanus xəstəliklərin əlamətləri ilə xəstəxanaya gətirildiyini deyən Nəriman Nərimanov adına 1 nömrəli uşaq infeksion xəstəxanasının həkimi-infeksionnisti Südabə Ağakişiyeva uşağı hələ də ayıltmağa müvəffəq olmadıqların söylədi. Həkim uşağın qrip xəstəsi ola-ola sünnət edildiyini və sünnətdən sonra çılpaq gəzdiyi üçün torpaqdan infeksiya tutduğu ehtimalını irəli sürdü. 

Həkim-infeksionist qıc olmaların hələ yaxın iki həftə davam edəcəyini deyərək hətta ürəyin qəflətən dayana biləcəyini də istisna etmədi. Uşağın sinir sisteminin pozulduğunu deyən Südabə Ağakişieva xəstənin taleyinin bu iki həftəni necə keçirdəcəyindən asılı olduğunu bildirdi. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2690
avatar

Oxşar yazılar

Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Bakıda QƏZA:  İşıqfor yerindən qopdu

Bakıda QƏZA: İşıqfor yerindən qopdu

11 dekabr 2024 , 23:01
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10