Qardaşını öldürən danışdı: "... XOŞUM GƏLMİRDİ" - YENİLƏNİB
16 yanvar 2014 17:35 (UTC +04:00)

Qardaşını öldürən danışdı: "... XOŞUM GƏLMİRDİ" - YENİLƏNİB

Bakıda qardaşını dəmir parçası ilə öldürən 1964-cü il təvəllüdlü Zahir Əsəd

oğlu Əsədovun barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. O, törətdiyi cinayəti etiraf edərək böyük qardaşı Vahid Əsədovu aralarında yaranan mübahisə nəticəsində qətlə yetirdiyini deyib: "Aramızda tez-tez mübahisə düşürdü, mənə deyirdi ki, özümə yaxşı iş tapım, xoşum gəlmirdi".

 

Nərimanov Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, rayonun Ağa Nemətulla küçəsində mərhum Vahid Əsədova məxsus ət dükanı olub. Kiçik qardaş isə meyvə-tərəvəz satışı ilə məşğul olub. Təqsirləndirilən şəxsin dediyinə görə, qardaşı ona hər dəfə irad tutaraq, ciddi işlə məşgul olmasını istəyirmiş. Bunu özünə təhqir kimi qəbul edən Zahir Əsədov linglə onun baş nahiyəsindən zərbə endirib: "İstəmirdim, belə olsun. Amma dəmiri götürüb, başına vurdum. O vəziyyətdə qoyub getdim".

 

Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cınayət işi başlanıb. İstintaq araşdırmasını Nərimanov prokurorluğu aparır.

 

***

15.01.2014  - 17.32

Azərbaycanda qardaş qardaşı öldürdü

 

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun  Ağa Nemətulla küçəsində qeydə alınıb.

 

Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Zahir Əsəd oğlu Əsədov aralarında yaranan münaqişə zəminində qardaşı, 1961-ci il təvəllüdlü Vahid Əsədovun baş nahiyəsinə linglə vuraraq qətlə yetirib.

 

Hadisəni törədən Z. Əsədov könüllü olaraq polisə təslim olub.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8649
avatar

Oxşar yazılar