Azərbaycanda qadını diri-diri yandıran şəxslər tutuldu
13 noyabr 2014 12:58 (UTC +04:00)

Azərbaycanda qadını diri-diri yandıran şəxslər tutuldu

Azərbaycanda törədilmiş dəhşətli qətlin üstü açılıb. Lent.az-ın məlumatına görə, Baş Cinayət-Axtarış İdarəsi, Gəncə Şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğu əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində noyabrın 6-da Pərvanə İsmayılovanı qarət məqsədi ilə qətlə yetirib evini yandırmış Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Rüstəm Hüseynov və Müşfiq Cəlilov tutulub. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların cari il sentyabrın 30-da Dilarə Qasımovanın evindən quldurluq yolu ilə qızıl əşyalar aparmaları da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, noyabrın 7-də gecə 2 radələrində Gəncə şəhərinin Ü. Hacıbəyli küçəsində yaşayan Pərvanə İsmayılovaya məxsus 1 otaqlı evdə yanğın baş verib. 15 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra evdə 47 yaşlı P.İsmayılovanın əl və ayaqları naqillə bağlanmış vəziyyətdə olan qismən yanmış meyiti tapılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3766
avatar

Oxşar yazılar