Azərbaycanda növbəti dəfə zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a verilən məlumata görə, zəlzələ bu gün saat 03.23-də Pirquludan 27 km şimalda - Quba rayonu ərazisində qeydə alınıb.
4 km dərinlikdə, 3.0 maqnitudada baş verən zəlzələ hiss olunmayıb.