Lənkəran polisi narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsi zərərsizləşdirməyə nail olub. Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini Zəmanət Sahib qızı Həşimovanın üzərindən 720 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Əməliyyat Lənkəran şəhəri Ləvəngi dairəsində keçirilib. Keçirilən əməliyyat tədbiri zamanı Bakı şəhər sakini 50 yaşlı Zəmanət Sahib qızı Həşimovanın üzərinə baxış keçirilərkən əlində olan torbanın içərisində 4 ədəd sarıkök sellofanında narkotik vasitə olan heroin aşkarlanıb.
Əməliyyatda iştirak edən baş müstəntiq Famil Həsənovun anspress-in bölgə müxbirinə verdiyi məlumata görə, qadını üzərində 720 qram çəkidə külli miqdarda narkotik vasitə aşkar edilərək götürülüb: “Həmin şəxs şübhəli şəxs qismində tutulub. Onun barəsində Lənkəran rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Vətəndaş Həşimovanın deməsinə görə, əvvəllər də narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün bir dəfə məhkumluq həyatı yaşayıb”.
İlkin istintaqa ifadəsində qadın həmin narkotik vasitəni tanımadığı İran İslam Respublikası vətəndaşdan aldığını bildirib.
Faktla bağlı Lənkəran şəhər polis şöbəsində cinayət işi başlanıb, istintaq aparılır.