Azərbaycanda daha bir yol <span style="color:red;">FACİƏSİ : 2 ölü, 3 yaralı - SİYAHI - YENİLƏNİB
26 oktyabr 2019 09:33 (UTC +04:00)

Azərbaycanda daha bir yol FACİƏSİ: 2 ölü, 3 yaralı - SİYAHI - YENİLƏNİB

Qobustanda baş verən qəzada ölənlərin və xəsarət alanların adları məlum olub. 
 
APA-nın yerli bürosunun xəbərinə görə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində 99-UL-587 dövlət nömrə nişanlı “VAZ 2107” və 10-OA-184 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobillərinin  toqquşması nəticəsində Ağsu rayon Daşdəmirli kənd sakini, 1966-cı il təvəllüdlü Rüstəmov Əhmədağa Əhmədalı oğlu və Sumqayıt sakini, 1994-cü il təvəllüdlü Rufullayev Samir Cəfərxan oğlu aldığı ağır xəsarətdən hadisə yerində ölüb. 
 
Ağsu sakinləri, 1961-ci il təvəllüdlü Şıxəliyeva Fəridə Balda qızı, 1964-cü il təvəllüdlü Rüstəmova Gülzar Balda qızı, Sumqayıt sakini, 1992-ci il təvəllüdlü Verdiyev Seyidağa Elçin oğlu ağır xəsarətlər aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 
 
Faktla bağlı araşdırma aparılır. 
 
 
***
 
09:14
 
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır yol qəzası baş verib.
 
APA-nın yerli bürosunun məlumatına görə, avtoqəza Qobustan rayonu ərazisində qeydə alınıb.
 
Belə ki, iki "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər dünyasını dəyişib, daha 3 nəfər isə xəsarət alıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2219
avatar

Oxşar yazılar