Azərbaycanda bu gün
09 aprel 2013 08:00 (UTC +04:00)

Azərbaycanda bu gün

 

1920. ADR-in poçt və teleqraf naziri sosialist C.Hacınski istefa verib

 

1929. 1 apreldə başlayan VI Ümumazərbaycan Sovetlər qurultayı başa çatıb. Qurultay Naxçıvan MSSR və DQMV-nin sərhəd və hüquqlarını pozmadan, respublikanın dairə, rayon və kənd sovetləri üzrə inzibati-ərazi bölgüsünün həyata keçirilməsini qərara aldı. Qərarda dairələrin sayının azaldılması və onların ərazisinin genişləndirilməsi məqsədəuyğun hesab edildi

 

1929. Azərbaycan Kommunist Partiyası “din əleyhinə oxunaqlı, kütləvi, ucuz jurnal kimi yenidən təşkil etmək” adı ilə “Molla Nəsrəddin” jurnalını Mübariz Allahsızlar İttifaqının orqanına  çevirmək barədə qərar verib

 

1942. Rəşid Behbudovun 20 fevralda başlayan İran qastrolu başa çatıb

 

1946. Aktyor Ceyhun Mirzəyev anadan olub

 

1972. SSRİ və İran arasında dostluq və əməkdaşlıq sazişi imzalanıb

 

2009. Ukrayna prezidenti Viktor Yuşenko Azərbaycana rəsmi səfərə gəlib

 

2009. Türk iş adamları və tələbələr Bakıda nümayiş keçirib. Nümayiş iştirakçıları Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qarşı çıxıblar. Polis aksiyaya müdaxilə etməyib

 

2009. “Azadlıq” qəzetinin jurnalisti Mirzə Sakit amnistiyaya düşüb.. 

# 473
avatar

Oxşar yazılar