İstirahət günləri ölkə ərazisində 7 ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 10-da Masallı rayonunun Təzəkənd kənd sakini, azyaşlı Könül Cəfərova evindən kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb. Elə həmin gün Sumqayıt şəhər sakini, 1 yaşlı Ziya Rüstəmov evlərinin 5-ci mərtəbəsinin eyvanından yıxılaraq ölüb.
Avqustun 11-də isə Abşeron rayonu Digah qəsəbəsinin ərazisindəki evlərdən birində, orada işləyən Şərur rayon sakini Vahid İsgəndərovu elektrik cərəyanı vurması nəticəsində ölüb. Avqustun 11-də Nərimanov rayonu C.Hacıbəyli küçəsindəki tikintidə, orada işləyən Saatlı rayon sakini Orxan Paşəliyevi elektrik cərəyanı vurması nəticəsində yerindəcə keçinib.
Daha bir nəfər isə Tovuz rayonunda Kür çayında boğulub. Avqustun 11-də Tovuz rayonu Xatınlı kənd sakini Ceyhun Məmmədov Kür çayının Qaraxanlı kəndinin ərazisindən keçən hissəsində çimərkən suda boğulub. Xırdalan şəhər sakini Rafiq Hacızadə isə evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.