Azərbaycan ərazisinə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Lent.az-ın Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, DSX-nin və Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində dekabrın 20-də Cəlilabad rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Yevlax rayon sakini, 1978-ci il təvəllüdlü Məmmədov Hacı Vaqif oğlu ümumi çəkisi 11,7 kiloqram olan marixuana ilə saxlanılıb. Onunla birlikdə olan və “VAZ-21015” markalı 15-BM-895 dövlət nömrə nişanlı avtomaşınla hadisə yerindən qaçan Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 1979-cu il təvəllüdlü Nağıyev Ramin Hüseynağa oğlu aparılmış axtarış tədbirləri nəticəsində dekabrın 22-də tutulub.
Faktla bağlı DSX tərəfindən araşdırmalar davam etdirilir.