Azərbaycan Ukraynadan 14 zirehli maşın alıb
16 iyul 2013 14:38 (UTC +04:00)

Azərbaycan Ukraynadan 14 zirehli maşın alıb

Ukrayna 2012-ci ildə Azərbaycana 14 ədəd BTS-5B tipli zirehli evakuasiya maşını satıb.


 

 APA-nın «Unian»a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna İxraca Nəzarət  Dövlət Xidmətinin hesabatında bildirilib.

 

BTS-5B universal çoxməqsədli evakuasiya maşını çisi tank bölmələrinin və zirehli texnikaların texniki təminatı üçün nəzərdə tutulub. Maşın xilasetmə işləri, zərər çəkmiş texnikanın yedəklənməsi, ehtiyat hissələrin və alətin nəqli üçün istifadə olunur. Maşın T-72 tanklarının şassisi üzərində yaradılıb.

 

Azərbaycanla yanaşı Ukrayna keçən il Efiopiyaya 99 ədəd, Sudana 10 ədəd T-72 tankı, İraqa 48 ədəd BTR-4, 11 ədəd BTR-80, Tailanda 62 ədəd BTR-3E1, Bolqarıstana 10 ədəd BTR-60PB və 9 ədəd BTR-70 tipli zirehli transportyor satıb.

 

Ukrayna ötən il həmçinin ABŞ-a daşınabilən zenit raket kompleksləri üçün 137, İsrailə isə 193 raket satışını həyata keçirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 974
avatar

Oxşar yazılar