Millət vəkili Azay Quliyev QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Ankarada “Qarabağ problemi: Haradan haraya” adlı konfransda çıxış edib. Lent.az-ın məlumatına görə, A. Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanmasından artıq 25 ildən artıq zaman ötməsinə və bu mövzuda müxtəlif dillərdə minlərlə kitab və məqalənin nəşr olunmasına, internet resurslarının yaradılmasına baxmayaraq hələ də bu problemin mənşəyinə dair obyektiv informasiyaların dünyada yayılmasına ehtiyac duyulduğunu qeyd edib.
Şura sədri Ermənistanın hər nə qədər dünyada bu münaqişədə tərəf olmadığı, Qarabağ probleminin Azərbaycanın öz erməni vətəndaşları ilə bağlı olması haqqında saxta rəy yaratmaq istəyinə rəğmən ortada inkar olunmaz siyasi sənədlərin olduğunu söyləyib.