Avtomobil aşaraq yandı
14 iyul 2018 22:15 (UTC +04:00)

Avtomobil aşaraq yandı

Kürdəmirdə avtomobil aşaraq yanıb. Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kürdəmir rayonunun Sorsor kəndində “Mercedes” markalı minik avtomobilinin yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğınsöndürmə bölmələri cəlb edilib. Nəticədə avtomobilin yanar hissələri yanıb.

 

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 209
avatar

Oxşar yazılar