Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində silah satan şəxs yaxalanıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Şamaxı rayon sakini Namiq Əmirov “AKMS” markalı avtomat silahı satarkən tutulub.
Faktla bağlı araşdırma aparılır.