Avtobuslar ötüşdü, 10 avtomobil toqquşdu - KAMERA GÖRÜNTÜLƏRİ
16 yanvar 2014 18:12 (UTC +04:00)

Avtobuslar ötüşdü, 10 avtomobil toqquşdu - KAMERA GÖRÜNTÜLƏRİ

Lent.az son günlər Bakıda baş vermiş dəhşətli yol qəzalarının videomateriallarını təqdim edir. Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” Mərkəzləşdirilmiş İdarəetmə Mərkəzinin kameraları ilə qeydə alınan birinci yol qəzasında ağ rəngli “Mitsubişi Pajero İO” markalı avtomaşının körpünün altı ilə yüksək sürətlə hərəkət etdiyi diqqət çəkir. Lakin o yolunu düzünə davam etdirdiyi halda digər nəqliyyat vasitəsi onun yoluna çıxır. Nəticədə həmin avtomobillə toqquşan “Mitsubişi” səkiyə çıxaraq ordan da yaşıllığa girir. Əslində, “Mitsubişi”yə yol verməli olan nəqliyyat vasitəsinin sürücüsü, görünür, onun sürətlə hərəkət etdiyini nəzərə almayıb.

 

Digər yol qəzasında isə “Mersedes”in sola dönmək cəhdinin ağır nəticəyə gətirib çıxardığını görürük. Çox güman ki, həmin ərazidə sola dönməyə icazə yoxdur. Çünki hər hansı yol nişanı gözə dəymir. “Mersedes”  qarşıdan gələn nəqliyyat vasitələrinin yoluna çıxaraq qəflətən dayanır. Sürətlə hərəkət edən “VAZ-2107” isə ona çırpılaraq qəza törədir. Burada maraqlı bir məqam ondan ibarətdir ki, hər iki sürücü qəzadan yayınmaq üçün heç bir addım atmır. Məsələn, “Mersedes” geriyə, “07” isə bir qədər sola hərəkət etsəydi, qəza baş verməzdi. Yəqin ki, hadisə yerinə dərhal yaxınlaşan yol polisi bu məsələni sonradan aydınlaşdıracaq. Növbəti yol qəzası isə olduqca dəhşətlidir.

Diqqət etdikdə görürük ki, qəzaya əsas səbəb avtobus oldu. Ağ rəngli avtobus qəflətən digər avtobusu ötməyə başlayır. Bu zaman arxadan yüksək sürətlə hərəkət edən minik maşınları avtobusu vurmamaq üçün əyləci basırlar və nəticədə idarəetməni itirərək qəza törədirlər və 10 maşın bir-birinə dəyir. Çox güman ki, qəzanın səbəbləri araşdırılarkən avtobus sürücüləri kənarda qalmayacaq. Sonuncu yol qəzasında da yol ayrıcının keçilməsi qaydasını pozan avtomobillərin toqquşması əks olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5305

Oxşar yazılar