Avropadakı soydaşlarımızdan İlham Əliyevə dəstək
03 oktyabr 2013 15:32 (UTC +04:00)

Avropadakı soydaşlarımızdan İlham Əliyevə dəstək

Xaricdə yaşayan azərbaycanlılar 9 oktyabr prezident seçkilərində dövlət başçısı İlham Əliyevi dəstəkləyəcəkləri ilə bağlı bəyanat yayıblar. Lent.az-ın  məlumatına görə,  Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti, Avropa Azərbaycanlıları Konqresi, Macar-Azərbaycan Dostluq Cəmiyyəti oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar bəyanatlar yayaraq bildiriblər ki, seçkilərdə yekdilliklə prezident İlham Əliyevə səs verəcəklər.

 

Diaspor təşkilatları buna səbəb kimi dövlət başçısının apardığı uğurlu daxili və xarici siyasəti göstəriblər.

 

 

Niderland Krallığı, Belçika və Lüksemburqdakı Azərbaycan diaspor təşkilatlarını birləşdirən Benilüks Azərbaycanlıları Konqresi dünya azərbaycanlılarını oktyabrın 9-da keçiriləcək prezident seçkilərində İlham Əliyevə dəstək verməyə çağırıblar.

 

Isveç Azərbaycanlıları  Konqresi də İsveçdəki Azərbaycan diasporu adından bəyanatla çıxış edərək prezident seçkilərində İlham Əliyevə dəstək nümayiş etdirib.

 

Kanada Azərbaycan Tədqiqatları İnstitutu da Azərbaycanda keçirilən prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanatla çıxış edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 821
avatar

Oxşar yazılar