Noyabrın 30-da Kürdəmir rayonunun Mollakənd kəndində silahlı insident baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, kənd sakini olan yeniyetmə, atası Rakifə məxsus ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində ayaq nahiyəsindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürülüb.