Aşura mərasimləri ilə əlaqədar paytaxtda ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsində xüsusi tədbirlər planı hazırlanıb.
Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bidirilib.
Daxili İşlər Nazirliyinin xüsusi göstərişi əsasında hazırlanan tədbirlər planına görə, Aşura günü ictimai asayişin qorunması məqsədilə noyabrın 14-də paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq, ictimai asayişi lazımı şəkildə təmin ediləcək.
Dini mərasimlərin keçiriləcəyi yerlərdə hüquq normalarının pozulmasının qarşısını almaq məqsədilə polis naryadlarının sayı artırılacaq. Müəyyən edilmiş yerlərdən başqa ərazilərdə mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə qətiyyətlə imkan verilməyəcək.